logo

"Tokio-2020": Azərbaycan idmançıları Atletlər kəndində

15:55 18-07-2021 | icon 812
"Tokio-2020": Azərbaycan idmançıları Atletlər kəndində

Beş gündən sonra Yaponiya paytaxtında başlayacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin üzvləri də Tokioya gəliblər.

 YeniAvropa xəbər verir ki, 16 nəfərdən ibarət olan Azərbaycan nümayəndə heyəti artıq Atletlər kəndində yerləşib. Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin bütün üzvləri təşkilat komitəsinin təhlükəsizliklə bağlı müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl edirlər. Qaydalara müvafiq olaraq, nümayəndə heyətinin üzvləri hər gün COVID-19 testi verirlər. Bundan əlavə, pandemiya şəraitinə uyğun digər bütün qaydalara da əməl olunur.

Atletlər kəndində olan cüdo komandamızın üzvlərinin məşqləri iyulun 19-da başlayır.

İyulun 18-də axşam saatlarında Azərbaycan nümayəndə heyətinin daha səkkiz üzvü Tokioya gələcək.