logo

Livanın yeni baş naziri 1 ay sonra  istefa verdi

09:56 16-07-2021 | icon 1477
Livanın yeni baş naziri 1 ay sonra  istefa verdi

Livan parlamenti tərəfindən 1 ay əvvəl hökumət qurmaq üçün səlahiyyət almış baş nazir Saad Hariri istefa verdiyini bəyan edib. O, bu qərarını ölkə prezidenti ilə görüşdən sonra açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, xaos və dərin iqtisadi böhran içərisində olan Livanda hökumət vəziyyəti daha da gərginləşdirir. Dünya Bankı bu ölkədəki iqtisadi böhranı son 150 ildə ən ağır adlandırıb. Saad Haririnin istefası isə prezident Mişel Aun ilə kabinetin tərkibinin müəyyənləşdirilməsində fikir ayrılığı ilə əlaqədardır. Baş nazir 24 nəfərdən ibarət Nazirlər Kabinetinin üzvlərinin siyahısını dövlət başçısına təqdim edib və bu tərkibi onunla razılaşdıra bilməyib.

Qeyd edək ki, 51 yaşlı S.Hariri iki il əvvəl də baş nazir postundan istefa vermişdi. Ötən il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra Livanda yaranmış ağır siyasi, sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün yenidən onun namizədliyi irəli sürülsə də, yeni hökuməti formalaşdırmaq mümkün olmayıb. Haririnin istefasından sonra Livan funtu ABŞ dollarına qarşı rekord həcmdə ucuzlaşıb. Analitiklər yeni sosial partlayışın baş verəcəyini proqnozlaşdırırlar.