logo

"Tokio-2020": Təşkilat Komitəsi ilk dəfə yoluxma barədə məlumat yaydı

16:06 15-07-2021 | icon 2555
"Tokio-2020": Təşkilat Komitəsi ilk dəfə yoluxma barədə məlumat yaydı

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ilk dəfə qarşıdan gələn yarışın iştirakçıları arasında koronavirusa yoluxma hallarının baş verdiyini açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, infeksiya ölkə xaricindən gələn idmançı və təşkilati işlərlə məşğul olan şəxsdə aşkarlanıb. Məxfiliyi təmin etmək üçün yoluxanların şəxsi məlumatlarının açıqlanmayacağı vurğulanıb.

Təşkilatçılar həmin şəxslərin hələlik qaydalarla müəyyən edilmiş 14 günlük karantinə alınmadığını bildirib. Onlar Tokiodakı Olimpiya kəndində yerləşdirilməyəcəklər. Eyni zamanda, qaldıqları yer barədə də məlumat verilməyəcək..

Daha əvvəl İsrail, Uqanda və Serbiya idmançılarında virus çıxması ilə bağlı xəbərlər yayılsa da, Təşkilat Komitəsi bunu təsdiqləməyib.

Qeyd edək ki, pandemiya səbəbindən ötən ildən təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.