logo

"Olimpiakos" - "Neftçi" öyununun hakimləri bəlli oldu

13:31 15-07-2021 | icon 2219
"Olimpiakos" - "Neftçi" öyununun hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Olimpiakos" və "Neftçi" komandaları arasında iyulun 21-də Yunanıstanda keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

YeniAvropa "Neftçi"nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.  Silva Pineyru Joau Pedru baş hakim, Pereyra Kosta Tiaqu Joze və Ferreyra Ribeyru Pedru Rikardu yan xətt hakimləri, Fernandeş Korreyra Qustavo isə dördüncü hakim qismində yardımçı olacaq.

UEFA nümayəndəsi lüksemburqlu Klaue Kremer, hakim-inspektor isə sloveniyalı Darko Çeferindir.

 Görüş iyulun 21-i, Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-də “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının təqvimi:


20 iyul


20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtyullan" (Danimarka)

 

21 iyul

21:00. "Malmö" (İsveç) - HİK (Finlandiya)

22:00. "Mura" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan)

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Yanq Boyz" (İsveçrə)

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)