Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
İyulun 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında müttəfiqliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edən müdafiə naziri hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb olunması ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən C.Bağçı Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verən C.Bağçı Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Türkiyəli səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək ordumuza bundan sonra da hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün səmərəli olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır