logo

İlham Əliyev Rusiyanın baş nazirinin müavinini qəbul edib

14:54 13-07-2021 | icon 1750
İlham Əliyev Rusiyanın baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə baş nazirin müavini Aleksey Overçuk Rusiya Federasiyasının prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırdı. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunuldu, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, "Şimal-Cənub"  dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirilib.

Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.