logo

“Neftçi”–“Dinamo” oyununun  gəlirin Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

18:08 12-07-2021 | icon 2667
“Neftçi”–“Dinamo” oyununun  gəlirin Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Bakının “Neftçi” klubu Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə oyunun biletlərinin satışından əldə olunacaq vəsaiti Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə edəcək.

Qarabağ Dirçəliş Fondundan YeniAvropa-ya bildirilib ki, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” oyununun biletləri iyulun 13-də saat 10:00-da satışa çıxarılacaq.

Matç iyulun 14-də “Bakcell Arena”da keçiriləcək. Qiyməti 5, 10 və 20 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar saat 21:00-dək işləyəcək.