logo

Sumqayıtda əsgərlikdən yeni gələn gəncin qarajda sevgilisi ilə meyiti tapıldı

17:58 09-07-2021 | icon 4389
Sumqayıtda əsgərlikdən yeni gələn gəncin qarajda sevgilisi ilə meyiti tapıldı

Sumqayıtda qarajda iki nəfərin meyiti aşkar olunub. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

YeniAvropa xəbər verir ki, ərazidə yerləşən qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 1991-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. 30 yaşlı V. Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.