logo

Paytaxtda polis rəisi kabinetində özünü güllələdi

12:05 09-07-2021 | icon 4074
Paytaxtda polis rəisi kabinetində özünü güllələdi

Paytaxtda səhər saatlarında intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat  təsdiqlənib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.