logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 953 mini ötüb

20:54 11-06-2021 | icon 4704
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 953 mini ötüb

İyunun 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 985 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 917, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4068 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 702 min 23-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 748 min 35, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 953 min 988 nəfərdir.