logo

Ermənilər yenidən Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

18:33 11-06-2021 | icon 2485
Ermənilər yenidən Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.