logo

Daşkəsənə qartopu boyda dolu yağdı

17:45 11-06-2021 | icon 2443
Daşkəsənə qartopu boyda dolu yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 11-i saat 17:30-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Xaçmaz, Quba, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Nabranda şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, iyunun 11-i saat 15:11-15:12 radələrində Daşkəsənə diametri 14 millimetr olan dolu düşüb.