logo

Azərbaycanın daha 31 şirkətinə Rusiyaya pomidor ixracına icazə verildi

16:08 11-06-2021 | icon 6454
Azərbaycanın daha 31 şirkətinə Rusiyaya pomidor ixracına icazə verildi

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 15-dən ölkəyə Azərbaycanın daha 31 müəssisəsindən pomidor, 24 şirkətindən isə alma idxalına icazə verib.

YeniAvropa xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında iyunun 10-u və 11-i aparılmış danışıqlardan sonra məhsulların dəmir yolu ilə danışması barədə razılığa gəlinib.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında qəbul edilib. Məhsullar fitosanitar sertifikatlarla ixrac olunacaq, hər vaqonda yalnız bir müəssisədən bir məhsul növünün daşınmasına icazə veriləcək.

Bu il oktyabrın 1-dən isə Azərbaycandan pomidor və almaların konteynerlərlə daşınması nəzərdə tutulub.

Beləliklə, indiyə qədər ümumilikdə 162 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 299 min 718 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 166,55 faizini təşkil edir