logo

Ərdoğan Ankarada Azərbaycanın parlament nümayəndə heyəti ilə görüşüb

17:29 09-06-2021 | icon 1960
Ərdoğan Ankarada Azərbaycanın parlament nümayəndə heyəti ilə görüşüb

İyunun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  görüş prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat qrupu qarşısında çıxışından sonra keçirilib.

Görüşdən sonra xatirə şəkli çəkdirilib.