logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 945 mini ötüb

17:11 09-06-2021 | icon 3444
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 945 mini ötüb

İyunun 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 466 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 394, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 72 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 624 min 876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 679 min 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 min 428 nəfərdir.