logo

İlham Əliyev şimal bölgəsində su təminatı üçün 910 min manat ayırdı

15:11 09-06-2021 | icon 1848
İlham Əliyev şimal bölgəsində su təminatı üçün 910 min manat ayırdı

Prezident İlham Əliyev iyunun 9-da “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, sərəncama əsasən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının
yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

      1.

Xaçmaz

5

Aslanoba kəndi

381

Çaxmaqlı kəndi

163

Ləcət kəndi

2292

Müşkür kəndi

1877

Yeni Həyat qəsəbəsi

3903

      2.   

Quba

3

Dağlı kəndi

1747

Susayqışlaq kəndi

609

Vladimirovka kəndi

3419

  1.     

Qusar

3

Avaranqışlaq kəndi

564

Bədirqala kəndi

873

Nəcəfkəndoba kəndi

120

  1.    

Şabran

2

Padar kəndi

586

Sincanboyad kəndi

812

Cəmi:

13

13

17 346