logo

Sabah Bakıda 28° isti olacaq

13:09 09-06-2021 | icon 1568
Sabah Bakıda 28° isti olacaq

Azərbaycanda iyunun 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20°, gündüz 25-28° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 14-19° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.