Karateçilərimiz Tokio Olimpiadasına lisenziya xarakterli turnirə qatılıb
Azərbaycan karateçiləri "Tokio-2020" Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda iştirak edəcəklər.
YeniAvropa xəbər verir ki, milli komandamız artıq Parisdədir. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 idmançıdan başqa vitse-prezident Rəhman Hətəmov, kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, kata üzrə baş məşqçi Vahid Ayvazov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yer alıb.
Olimpiya vəsiqələri uğrunda kumite yarışlarında Firdovsi Fərzəliyev (67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), kata üzrə isə Roman Heydərov və Neda Rezai (hər ikisi kata) mübarizə aparacaqlar.
Tokio Olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biri, Avropa Hakimlər Komitəsinin (EKF) üzvü Cahangir Babayev Dünya Karate Federasiyası (WKF) tərəfindən xüsusi dəvətlə yarışda hakimlik edəcək.
İyunun 11-13-də Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, Azərbaycandan hələ ki Tokio Olimpiadasının karate yarışlarına 2 vəsiqə alıb. “Tokio 2020”nin təsnifat mərhələsini uğurla dəf edən ilk 40 idmançının adları arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (75 kq) 3 rəqibi də artıq məlumdur.
Qeyd edək ki, olimpiadada 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumite, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Qırx karateçidən başqa daha 24 idmançı iyunun 11-13-də Parisdə keçiriləcək Olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq.
On iki əlavə Olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə Olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək.
Tokio Olimpiadasının karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır