logo

Rusiya aviaşirkəti Həştərxan-Bakı-Həştərxan reyslərinə başlayır

14:54 08-06-2021 | icon 2513
Rusiya aviaşirkəti Həştərxan-Bakı-Həştərxan reyslərinə başlayır

İyunun 16-dan Rusiyanın “S7” aviaşirkəti Həştərxan-Bakı-Həştərxan reyslərinə başlayır.

YeniAvropa aviaşirkətə istinadla xəbər verir ki, uçuşlar həftədə 1 dəfə (çərşənbə günləri) olacaq. Aviareyslər “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək.

Həştərxandan Bakıya təyyarə saat 11:10-da qalxacaq, Bakıya 12:35-də eniş edəcək. Əks istiqamətdə isə təyyarə yerli vaxtla 08:10-da qalxacaq, 09:40-da enəcək.