logo

Tbilisi səksəkədə:Yaşayış evinə ildırım düşdü, ardınca zəlzələ oldu

09:29 07-06-2021 | icon 4032
Tbilisi səksəkədə:Yaşayış evinə ildırım düşdü, ardınca zəlzələ oldu

Gürcüstan paytaxtının sakinləri ötən gecəni səksəkədə keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, axşam saatlarında  Tbilisinin Sanzona qəsəbəsində yaşayış evinə ildırım düşüb. Nəticədə evin dam örtüyü yanıb. Ətrafdakı bəzi evlərə də ciddi ziyan dəyib.Xəsarət alan olmayıb.

Ardınca Gürcüstan paytaxtında güclü leysan yağıb. Küçə və prospektlərdə avtomobillərin hərəkətində problemlər yaranıb. Bəzi evlərin birinci mərtəbələri və zirzəmiləri su ilə dolub.

Bundan bir qədər sonra Tbilisi yaxınlığında zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 20:15-də Ninoçminda şəhərindən 25 kilometr aralıda Sameba kəndi ərazisində, 3 bal gücündə olub.

Ölkənin digər bölgələrində də leysan yağışları fəsadlar törədib.