logo

Avropa Şurasının komissarı Kəlbəcərdə minaya düşən jurnalistlərdən yazdı

17:49 04-06-2021 | icon 3311
Avropa Şurasının komissarı Kəlbəcərdə minaya düşən jurnalistlərdən yazdı

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı "Twitter" hesabında paylaşım edib.

YeniAvropa xəbər verir ki,  Dunya Miyatoviç paylaşımında Kəlbəcərdə iki jurnalist də daxil olmaqla üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışının Qarabağ ərazisinin beynəlxalq əməkdaşlıq yolu ilə təcili şəkildə minalardan təmizlənməsini zəruri etdiyini vurğulayır.