logo

Vüsal İsgəndərli karyerasını Türkiyə klubunda davam etdirəcək

14:59 03-06-2021 | icon 2989
Vüsal İsgəndərli karyerasını Türkiyə klubunda davam etdirəcək

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.

YeniAvropa xəbər verir ki,  26 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə 1-ci liqasında davam etdirəcək. O, "Keçiörengücü" klubu ilə 3 illik müqavilə imzalayıb. Ankara təmsilçisi son mövsümü 7-ci yerdə başa vurub.

Transferlə bağlı klubun yaxın vaxtlarda açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, V.İsgəndərlinin son klubu “Keşlə” olub. Ötən ayın sonu klubla müqaviləsi başa çatdığından o, komandanı tərk edib.