Orqanizmin funksiyalarını 30%-dək itirənlər əlil sayılmayacaqlar
“Orqanizmin funksiyalarının 10-30 faiz itirilməsi zamanı əlillik təyinatı aparılmır. Əlillik təyinatı aparılmadığı üçün burada əlillik üçün pensiya və ya müavinətdən də söhbət gedə bilməz".
YeniAvropa xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Nərmin Fətəliyeva səsləndirib.
Nazirliyin əməkdaşı qeyd edib ki, əlillik 31 faizdən yuxarı başlayır:
"Əlilliyin müxtəlif səbəbləri var – ümumi səbəb, peşə xəstəliyi, işlə bağlı olan əmək zədəsi, Azərbaycanın ərazi bütövlüyünü qoruyan zaman yaranan əlillik və s. Yalnız peşə xəstəliliyi və əmək zədəsi olanda peşə-əmək qabiliyyətinin itirilməsi faizi müəyyən olunacaq. Peşə-əmək qabiliyyətinin itirilməsi faizi əsasında da həmin şəxsə iş yerindən hər ay maaşına əlavə kimi ödəniş olunacaq. Yəni bu, əlilliyə görə olan ödəniş deyil. 10-30 faiz meyarını hazırki 3 əlillik dərəcəsi kateqoriyasına aid etmək düzgün deyil. Bu şəxslər əlillik təyinatı aparılan yox, peşə qabiliyyətinin itirilməsi faizinin qiymətləndirilməsi üçün müraciət edən şəxslərdir. Həmin şəxs müraciət edəndə dövlət tibb müəssisəsi göndərişi rəsmiləşdirən zaman əlillik səbəbi üçün bölmələrdən peşə xəstəliyi-istehsalat zədəsini seçəcək. Bu zaman da peşə-əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndiriləcək, yəni bu zədənin həmin şəxsin əmək qabiliyyətini nə qədər məhdudlaşdırdığı müəyyən olunacaq. Dediyim kimi, bu şəxslərə əlillik təyinatı aparılmayacaq, əlilliklə bağlı hər hansı sosial ödəniş və ya pensiya ödənməyəcək”.
N. Fətəliyeva eyni zamanda əlavə edib ki, qanun layihəsinə hazırda Milli Məclisdə baxılır: “Milli Məclisdə təsdiqləndikdən sonra Nazirlər Kabinetinin qərarı ilə əlilliyin müəyyən olunması meyarları təsdiqlənəcək. Bu qanunun gələn ildən tətbiq olunması nəzərdə tutulub”.
Nərmin Fətəliyeva qeyd edib ki, hazırda əlilliyin müəyyən olunması meyarları mövcud qanunvericiliyə görə, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə tənzimlənir: “Bu qərarda yalnız I, II və III dərəcəli əlillikdən və 18 yaşına qədər uşaqların sağlamlığının məhdudluğundan danışılır. Hazırda I dərəcə əlillik hamıya müddətsiz verilir, II və III dərəcə əlilliklər həm 5 il müddətinə, bəzi tibbi göstəriş hallarında müddətsiz verilə bilir. 18 yaşına qədər uşaqlarda əlillik 3 il müddətinə, daha ağır hallarda isə 18 yaşına qədər təyin edilir.
O, bildirib ki, 2018-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun qəbul olunub. Bu qanunun qəbul olunmağına səbəb Azərbaycanın BMT-nin Əlillərin hüquqları haqqında konvensiyasını ratifikasiya etməsidir. Orada qanunvericiliyi həmin konvensiyaya uyğunlaşdırmaq öhdəliyi verilib. Bu istiqamətdə qanun layihəsi hazırlanıb və qəbul olunub. Qanun artıq tibbi modeldən bir az sosial modelə keçiddir. Qanunun tətbiqi barədə fərmanda qeyd edilib ki, beynəlxalq qabaqcıl təcrübə nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarları hazırlansın. Biz bir neçə ölkənin təcrübəsini, Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartları nəzərə alaraq orqanizmin funksiyalarının itirilməsi faizinə əsaslanan əlilliyin müəyyən olunması meyarları layihəsini hazırlamışıq. Bu layihə hazırkı meyarlardan fərqli olaraq çox böyük sənəddir. Hazırki meyar 5-6 səhifədirsə, yeni layihə 120 səhifədir, burada xəstəliklər daha təfsilatlı qeyd edilib”.
N. Fətəliyeva deyib ki, indiki meyara görə, dizdən aşağı amputasiya olanda, istər topuqdan, istər pəncədən fərqi yoxdur, müddətsiz III dərəcə əlillik verilir: “Ancaq yeni meyarlarda amputasiyanın səviyyəsindən, protezləşməyə uyğun olub-olmamasından asılı olaraq müxtəlif faizlər müəyyənləşdiriləcək. İndiki III dərəcə əlillik 31-60 faiz, II dərəcə 60-81 faiz, I dərəcə isə 81-100 faiz kimi müəyyən olunacaq”.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır