logo

Bu il  “Şahdəniz” qazının satışından 62,1 milyon dollar gəlir götürülüb

14:29 02-06-2021 | icon 3269
Bu il  “Şahdəniz” qazının satışından 62,1 milyon dollar gəlir götürülüb

Yanvar-may aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 62 milyon 176 min ABŞ dolları olub.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd olunub ki, o cümlədən, 5 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəliri 293,9 milyon dollar təşkil edib.