logo

Özbəkistanda qara rəngli tumsuz qarpız yetişdirdilər

09:03 01-06-2021 | icon 3752
Özbəkistanda qara rəngli tumsuz qarpız yetişdirdilər

Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, “Style” adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.