logo

Sabah Bakıda 29°, bəzi bölgələrdə  isə 36° isti olacaq

15:45 31-05-2021 | icon 1582
Sabah Bakıda 29°, bəzi bölgələrdə  isə 36° isti olacaq

Azərbaycanda iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 24-29° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.