logo

Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 530 min nəfəri ötüb

10:43 31-05-2021 | icon 3311
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 530 min nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 469 mindən çox artıb.

 YeniAvropa  bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 469 min 996 nəfər yeni koronavirusa yoluxub, 11 min 311 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 169 milyon 597 min 415, ölənlərin isə 3 milyon 530 min 582 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.