logo

İrana qarşı sanksiya rejimini pozan xanım biznesmen 20 il həbs ediləcək

19:57 29-05-2021 | icon 5936
İrana qarşı sanksiya rejimini pozan xanım biznesmen 20 il həbs ediləcək

ABŞ-ın Nevada ştatında kompüterlərin ehtiyat hissələrinin satışı ilə məşğul olan “Top One Zone” şirkətinin sahibi xanım Tina Çen İrana qarşı tətbiq olunan sanksiyalar rejimini pozduğuna görə həbs edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, xanım biznesmen 2015-ci ilin noyabrından başlayaraq 2019-cu ilin mayınadək digər şirkətlərdən kompüter avadanlıqları alaraq Hoq-Konqda fəaliyyət göstərən bəzi şirkətlər vasitəsilə İrana satıb.

ABŞ qanunlarına əsasən, sanksiyalar rejimini pozan Tina Çeni 20 il müddətində azadlıqdan məhrum etmə və 1 milyon dollar həcmində cərimə gözləyir.

İyulun 26-da Nevada məhkəməsində T.Çenə qarşı qaldırılan cinayət işi üzrə ilk dinləmə keçiriləcək.