logo

Azərbaycanın 3 filiz yatağı Türkiyə şirkətlərinə 30 illiyə icarəyə verilir

15:35 29-05-2021 | icon 3374
Azərbaycanın 3 filiz yatağı Türkiyə şirkətlərinə 30 illiyə icarəyə verilir

Prezidenti İlham Əliyev mayın 29-da “Azərbaycan Respublikasının "Qaşqaçay", "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”  sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq "Qaşqaçay" filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, "Elbəydaş" və "Ağduzdağ filiz" yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamalıdır.