logo

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

19:20 28-05-2021 | icon 2093
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin teleqülləsi və şəhər şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  şəhərin əsas simvollarından biri olan teleqüllə 28 May - Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib.