logo

Türkiyədə karantin tədbirləri daha da sərtləşdirilir

22:58 04-05-2021 | icon 3675
Türkiyədə karantin tədbirləri daha da sərtləşdirilir

Mayın 7-dən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.

YeniAvropa xəbər verir ki, "Haber Global”a istinadla xəbər verir  ki, bu barədə
ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək. 

 
Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.
 
Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.
 
Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq.