logo

ABŞ-ın dövlət katibi Ukraynaya ikigünlük səfərə gəlir

14:08 04-05-2021 | icon 3521
ABŞ-ın dövlət katibi Ukraynaya ikigünlük səfərə gəlir

Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya ikigünlük səfərə gəlir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfər çərçivəsində E.Blinken Ukrayna prezident Vladimir Zelenski, baş naziri Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Görüşlərdə regiondakı vəziyyət, ABŞ-Ukrayna münasibətləri, demokratiyanın inkişafı, insan haqları və digər məsələlər müzakirə ediləcək.

Bundan başqa, ABŞ-ın dövlət katibinin Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü də nəzərdə tutulur.