logo

Kazan “Böyük dəbilqə”sində 10 cüdoçumuz imübarizə aparacaq

19:18 03-05-2021 | icon 1134
Kazan “Böyük dəbilqə”sində 10 cüdoçumuz imübarizə aparacaq

Rusiyanın Kazan şəhərində mayın 5-də cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

 YeniAvropa xəbər verir ki,  turnirdə Azərbaycanın 10 cüdoçusu iştirak edəcək.

Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.