“Azercell” ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır
Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutacaq. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradacaq toplantı http://qadinfest.az/ platforması üzərindən həyata keçiriləcək.
YeniAvropa xəbər verir ki, ilk Onlayn Qadın Festivalında xanımları maraqlandıracaq çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pilates, rəsm, mətbəx və sair sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq. Festivalın hər günü isə tanınmış və sevilən ifaçıların çıxışı ilə başa çatacaq.
“Azercell” bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək. Festival boyunca http://qadinfest.az/ saytının ana səhifəsinə “Azercell”in brendi ilə onlayn köşk yerləşdiriləcək və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq.
Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə “iPhone SE” smartfonunu hədiyyə edəcək.
İlk onlayn qadın festivalına qoşulmaq üçün http://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın Feysbuk https://www.facebook.com/events/197724505153756 və İnstaqramdakı https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır