Səlim Müslümovun əlil biznesi-Qubad İbadoğlu yazır
Son günlər Azərbaycanda saxta əlillik dərəcəsinin təyin edilməsi mətbuatda geniş müzakirə olunur.
YeniAvropa xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu "Facebook" hesabında hazırda həbsdə olan, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun vəzifə başında olduğu illərdə əllik təyinatının gəlir mənbəyinə çevrildiyini sübut edən cədvəl paylaşıb.
Qeyd edək ki, S.Müslümov 22 oktyabr 2013-cü ildən 21 aprel 2018-ci ilədək əmək və əhalinin sosial müdafiəsi naziri olub.
Q.İbadoğlunun təqdim etdiyi həmin illəri əhatə edən cədvəldə hər 10000 nəfərə düşən ilkin əlil təyinatı alanların sayında dəyişikliyin müsbət trendi diqqət çəkir.
İqtisadçı qeyd edir ki, Müslümovun nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib: "Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib.
Məsələ burasındadır ki, əlilliyi olmayanlar əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, özü də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır".
Q.İbadoğlu bildirir ki, yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir: "Əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, "2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”.
Qubad İbadoğlu sual edir ki, heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə əlillik dərəcəsi düzgün verilirmi?
"Əlilliyinin yoxlanılması dövründə gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müvainətlərin ödənişi dayandırılır. Pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu dövrdə nəylə dolanmalıdır? Bu barədə düşünən varmı?",-deyə iqtisadçı vurğulayıb.
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib