logo

İlham Əliyev İsrail prezidentinə başsağlığı verib

17:13 30-04-2021 | icon 2709
İlham Əliyev İsrail prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev aprelin 30-da İsrail Dövlətinin prezidenti Reuven Rivlinə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".