logo

Dünya Olimpiya təsnifat turnirində  3 sərbəst güləşçimiz yarışacaq

14:54 29-04-2021 | icon 3360
Dünya Olimpiya təsnifat turnirində  3 sərbəst güləşçimiz yarışacaq

Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.

YeniAvropa Dünya Güləş Birliyinin (UWW) saytına istinadla xəbər verir ki, turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.

Turnirdə ölkəmizi sərbəst güləş yarışlarında Giorgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) təmsil edəcəklər.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) artıq “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.