logo

BSU-da külli miqdarda təhsil haqqını mənimsəyən şöbə müdiri həbs edildi

14:35 29-04-2021 | icon 1715
BSU-da külli miqdarda təhsil haqqını mənimsəyən şöbə müdiri həbs edildi

Bəzi KİV-lərdə Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Dürdanə Əliyevanın həmin qanunsuz əməlləri törətməsi barədə BSU-nun tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcək.