logo

 Maya Sandu Moldova parlamentini buraxdı və  yeni seçkilər təyin etdi

21:10 28-04-2021 | icon 6272
 Maya Sandu Moldova parlamentini buraxdı və  yeni seçkilər təyin etdi

Moldova prezidenti Maya Sandu aprelin 28-də keçirdiyi brifinqdə parlamentin buraxılması ilə bağlı fərman imzaladığını açıqlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o, ölkədə növbədənkənar parlament seçkilərinin iyulun 11-nə təyin edildiyini də bildirib.

 
Qeyd edək ki, martın sonunda prezident parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə qərar vermək hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Buna deputatların üç ay ərzində iki dəfə hökuməti qura bilməməsi səbəb olmuşdu.

Xatırladaq ki, Moldovada son parlament seçkiləri 2019-cu ilin fevralında keçirilib. 

101 deputat mandatından 30-na Moldova Demokrat Partiyası, 26-na müxalifyönlü partiyaların seçki bloku, 33-nə Moldova Sosialist Partiyası,  7-nə solçu liberal sosialistlər , 3-nə isə  müstəqil namizədlər sahib çıxıblar.

Ötənilki seçkiyə müxalifətin namizədi kimi qatılan və uğurlu qələbə əldə edən  prezident Maya Sandu parlamentdəki Rusiya yönümlü deputatlardan yaxa qurtarmaq, eləcə də Rusiya sülhməranlı qoşunlarının ölkədən çıxarmaq üçün  növbədənkənar parlament seçkilərinə israr edirdi və nəhayət buna nail ola bildi.