logo

DSX-nın rəisi general-polkovnik Elçin Quliyev də yola salınır-İDDİA

16:09 26-04-2021 | icon 3150
DSX-nın rəisi general-polkovnik Elçin Quliyev də yola salınır-İDDİA

Dövlət Sərhəd Xidmətinin(DSX) rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşaq. Onun yerinə DSX-nın rəis müavini, Sərhəd Qoşunlarının komandanı general-leytinant Araz Məmmədov təyin ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-dakı mənbə bildirib. Məlumata görə, bu təyinatla bağlı artıq Elçin Quliyevin özünün də bilgisi var.

Bir müddət əvvəl DSX-da keçirilən antikorrupsiya əməliyyatlarının istintaqı ilə bağlı araşdırmaların nəticəsi Elçin Quliyevin yola salınmasını qaçılmaz edib.

Faktiki olaraq DSX-ya rəhbərlik Araz Məmmədov tərəfindən həyata keçirilir.

Yeni hərbi hissələrin açılışından tutmuş digər məsələlərin həllini ali rəhbərlik Araz Məmmədovla qərarlaşdırır.

Mənbə onu da deyib ki, DSX rəisi postuna Araz Məmmədovun müəyyən edilməsi təsadüf olmayıb. Belə ki, adıçəkilən xidmətdə Elçin Quliyevlə uzun müddət konfilikt münasibətində olan şəxs məhz Araz Məmmədov olub. Hətta onun general-leytenant alması Elçin Quliyevin başı üzərindən olub. Belə ki, Elçin Quliyevin DSX zabitlərinin ali hərbi rütbələrinin artırılması ilə bağlı prezidentə yolladığı təqdimatında Araz Məmmədovun adı olmasa da “yuxarıdan” gələn zənglə bu məsələ öz həllini tapıb.

Ancaq rütbələrin verilməsi mərasimində Elçin Quliyev öz müavininə yeni rütbəni təqdim etməkdən imtina edib.//Gununsesi.info