logo

Bakıda qeydiyyatı olmayan uşaqlar da məktəbə gedə biləcəklər

15:55 26-04-2021 | icon 9002
Bakıda qeydiyyatı olmayan uşaqlar da məktəbə gedə biləcəklər

Təhsil Nazirliyi Bakıda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan valideynlərin öz övladlarını hansı məktəbə qoya biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. 

YeniAvropa xəbər verir ki,  bu barədə Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə danışıb. 

 
Onun sözlərinə görə, hazırda Bakıda 3-5 faiz məktəblərdə daimi qeydiyyat tələb olunur. Digər məktəblərdə isə valideynlər qarşısında qeydiyyat tələbi qoyulmur.
 
"Həmin valideynlər digər məktəblərdə qeydiyyatdan keçə və sorğu yerləşdirə bilər”,-deyə Namiq Ağayev bildirib.