logo

Sinoptiklərdən xəbərdarlıq: İntensiv yağış yağacaq, dolu düşəcək

14:59 26-04-2021 | icon 2268
Sinoptiklərdən xəbərdarlıq: İntensiv yağış yağacaq, dolu düşəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 27-də gün ərzində şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28, gündüz yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.