logo

ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı

13:05 25-04-2021 | icon 2121
ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə XİN-dəki mənbəyə istinadla məlumat yayıb.
Səfirə ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına Türkiyənin etirazı çatdırılıb.
“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə bəyanatından sonra ABŞ səfiri Devid Satterfild bizim nazirliyə çağırılıb və nazir müavini Sedat Onal tərəfindən qəbul edilib”, -deyə mənbə bildirib.
Mənbənin məlumatına görə, səfirə məlumat verilib ki, Türkiyə tərəfi Co Baydenin bəyanatını qəbul etmir və rədd edir.