logo

"Ən böyük ziyan erməni xalqına dəyəcək" - İsa Qəmbər 

11:33 25-04-2021 | icon 959
"Ən böyük ziyan erməni xalqına dəyəcək" - İsa Qəmbər 

“ABŞ prezidenti Co Bayden elmə, tarixə, məntiqə zidd bir addım ataraq 1915-ci il hadisələrini genosid kimi qiymətləndirdi. Baydenin bu addımı böyük yazar Əbdürrəhim bəy Haqverdiyevin əsərlərini yada saldı. Əbdürrəhim bəy  yazırdı ki, şəhər əhalisi darıxmasın deyə adamlardan birini seçib "şəhərin dəlisi" edirlərmiş. Rusiya, ABŞ və bəzi Avropa ölkələri təxminən 140 il əvvəl bir xalqı "dünyanın dəlisi" halına salıb bədbəxt ediblər”.

YeniAvropa xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər özünün "Facebook" hesabında yazıb. 

" Bu xalqı inandırıblar ki, o, dünyanın ən qədim, ən müdrik, ən əzabkeş xalqıdır. İnandırıblar ki, dünya bu xalqın "ən" olduğunu qəbul etsə, hər şey əla olacaq.

Nəticədə bu xalq dünyanın doğrudan da ən başıbəlalı və başabəla xalqlarından birinə çevrilib və nə özü normal yaşayıb inkişaf edə bilir, nə də qonşularına bu imkanı verir.
Təəssüf ki, bu bədnam siyasət bugün də davam edir.
Təəssüf ki, prezident Bayden bu tarixi səhvi etməklə regionumuzda sülh və əmin-amanlıq perspektivinə çox ağır zərbə vurdu.
Və bunun hamıya ziyanı olacaq.
Ən böyük ziyan isə erməni xalqına dəyəcək",-deyə İsa Qəmbər vurğulayıb.