logo

Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

11:30 23-04-2021 | icon 2135
Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı şəhər İcra Hakimiyyətindən YeniAvropa-ya verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə sabah küçəyə çıxmamaq xahiş olunur.