logo

NATO Rusiya təcavüzünə görə iyunun 14-də Brüsseldə sammit keçirəcək

15:33 22-04-2021 | icon 1148
NATO Rusiya təcavüzünə görə iyunun 14-də Brüsseldə sammit keçirəcək

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti iyunun 14-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin Brüsseldə yayımlanan bəyanatında deyilir.

“Biz Rusiyanın təcavüzkar hərəkətləri, terror təhlükəsi, kiberhücumlar, yeni və dağıdıcı texnologiyalar, iqlim dəyişikliyinin nəticələri və Çinin güclənməsi kimi bu günün və sabahın çağırışlarına cavab vermək üçün NATO-nun 2030-cu ilə qədər əsas və perspektivli gündəliyi üzrə qərarlar qəbul edəcəyik”, - deyə NATO-nun baş katibi vurğulayıb.

Qeyd edək ki, bu, ABŞ-ın yeni prezidenti Cozef Baydenin iştirakı ilə keçiriləcək ilk NATO sammiti olacaq. Alyans liderlərinin son görüşü 2019-cu ilin dekabr ayında Londonda baş tutub.