logo

COVİD-19-a qarşı vaksinasiya prosesini pozan 12 həkim işdən çıxarıldı

15:11 22-04-2021 | icon 3045
COVİD-19-a qarşı vaksinasiya prosesini pozan 12 həkim işdən çıxarıldı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

YeniAvropa-ya daxil olan məlumatda deyilir: “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə ərazisində peyvəndləmə prosesi dövlət hesabına könüllü şəkildə davam edir.

Qeyd edək ki, vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək”.