logo

Paytaxt sakinindən 5 kq heroin götürüldü

12:12 22-04-2021 | icon 2009
Paytaxt sakinindən 5 kq heroin götürüldü

Paytaxt sakinindən 5 kiloqrama yaxın heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.