logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

12:21 21-04-2021 | icon 1631
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 45 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.