logo

Türkiyədə qəzaya uğrayan hərbi təyyarə dənizə düşdü

12:59 09-04-2021 | icon 2100
Türkiyədə qəzaya uğrayan hərbi təyyarə dənizə düşdü

Türkiyənin İzmir vilayətində hərbi təyyarə qəzaya uğrayaraq Egey dənizinə düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə İzmir şəhərinin Foça rayonu ərazisində baş verib.

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, İzmirdə Türkiyənin ikinci əsas Jet Bazası Komandanlığına məxsus “KT-1” tipli təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisənin baş vermə səbəbləri hələ ki, məlum deyil. Qəzadan dərhal sonra başladılan axtarış-xilasetmə işləri nəticəsində hər iki pilot xilas edilib.